...

Daşkəsən sakinini qətlə yetirən şəxs polisə təslim oldu

Hadisə Materials 17 Sentyabr 2018 17:03 (UTC +04:00)
Münaqişə zəminində Daşkəsən rayon sakini A.İsayevə bıçaqla ölümcül xəsarət yetirmiş Şəmkir rayon sakini B.Qasımov polisə gələrək cinayəti törətməsini bildirib
Daşkəsən sakinini qətlə yetirən şəxs polisə təslim oldu

Bakı. Trend:

Sentyabrın 15-də Şəmkir rayon sakini Bahadur Qasımov Rayon Polis Şöbəsinə gələrək Gəncə şəhərindəki evində Daşkəsən rayon sakini Asif İsayevi bıçaqla qətlə yetirdiyini bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, B.Qasımov aidiyyəti üzrə Kəpəz RPİ-nin əməkdaşlarına təhvil verilib.

Araşdırmalarla onun həmin gün münaqişə zəminində A.İsayevə bıçaqla xəsarət yetirib qətlə yetirməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti