Bakı. Trend:
Türkiyənin şimal-şərq hissəsində daşqın səbəbindən həyat şəraiti çətinləşib.
Trend-in məlumatına görə, Şərqi Qaradəniz bölgəsində güclü yağıntılar sel və daşqına səbəb olub. Bölgədə bir sıra yollar bağlanıb.
Trabzonun Araklı rayonunda leysan nəticəsində şəlalə daşıb.
Sel və daşqınlar Artvin və Rize vilayətlərində də bir sıra fəsadlara açıqlanıb.