...

Göygöldə iki maşın toqquşdu, ölən var

Hadisə Materials 10 Noyabr 2018 17:30 (UTC +04:00)
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Göygöldə iki maşın toqquşdu, ölən var

Bakı. Trend:

Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 9-da saat 20 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Röyal Hacıyevin və Elməddin Abdullayevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nətiсədə R.Hacıyevin sərnişini, Qızılca kənd sakini Xalidə Bağırova hadisə yerində ölüb, E.Abdullayevin sərnişini Ruslan Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti