...

Xırdalanda mənzildə yanğın olub

Hadisə Materials 18 Noyabr 2018 09:56 (UTC +04:00)
Abşeronda yanğın qeydə alınıb
Xırdalanda mənzildə yanğın olub

Bakı. Trend:

Abşeronda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanında kağız tullantıları 4 m² sahədə və 1 ədəd plastik qapı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti