...

Zərərçəkmiş: Bağçaya işə düzəlmək üçün 1700 manat rüşvət vermişəm

Hadisə Materials 26 Noyabr 2018 20:07 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Zərərçəkmiş: Bağçaya işə düzəlmək üçün 1700 manat rüşvət vermişəm

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Samirə Məmmədova bildirib ki, təqsirləndirilən T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün əvvəlcə 700 manat, T.Bağırovanın özünə isə ayrılıqda 1000 manat verib: "Altı ay çalışdım, amma əmək haqqımı vermədilər. Yalnız 300 manat pul ala bildim. Sonra digər maaşımı da istədim, lakin Aləmzər xanım üstümə qışqırdı".

Daha sonra şahid qismində dindirilən Müşviq Cavadov bildirib ki, həyat yoldaşını işə düzəltmək üçün T.Bağırova ilə A.Əliyevaya 2 min manat pul verib. T.Bağırova isə qeyd edib ki, şahid M.Cavadov A.Əliyevanın tanışı olub, pulu da ona verib: "Kimdən pul almışam, boynuma da alıram".

Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin edilib.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti