...

Lazer aparatı üçün 121 min manat istədi, amma...

Hadisə Materials 4 Dekabr 2018 20:04 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gürcüstan vətəndaşı Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lazer aparatı üçün 121 min manat istədi, amma...

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gürcüstan vətəndaşı Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş Elvin Musayevə dəymiş zərəri ödəyib.

Prokuror çıxışında D.Alakhverdovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan olunub.

Məhkəmənin hökmü ilə S.Alakhverdova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Gürcüstan vətəndaşı D.Alakhverdov azərbaycanlı biznesmen Elvin Musayevin etibarından sui-istifadə edərək, Gürcüstandan ona lazer aparatı gətirəcəyi vədini verib. D.Alakhverdov bunun müqabilində zərərçəkmişdən 121 min manat pul alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib.

E.Musayevin şikayəti əsasında Azərbaycanda saxlanılan D.Alakhverdovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti