...

Qəza törətdi, avtomobilin oğurluq olduğu üzə çıxdı

Hadisə Materials 4 Yanvar 2019 14:28 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 3-də Masallı rayonu ərazisindən Ərkivan qəsəbə sakini Eldar Mənsimova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb və həmin gün Məmmədxanlı kəndinin ərazisində tapılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırmandalı kənd sakini, əvvəllər məhkum olunmuş Said Kərimov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 3-də rayon ərazisindən həmkəndlisi Məhəddin Alışova məxsus “VAZ-2107” markalı avtomobili qaçırması və Seybətin kəndi ərazisində idarə edərkən onu yolun kənarındakı maneəyə vurması da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti