...

Sumqayıtda aptekin qarşısında ÖLÜM hadisəsi

Hadisə Materials 22 Yanvar 2019 10:11 (UTC +04:00)
Sumqayıtda aptekin qarşısında kişi meyiti aşkarlanıb.
Sumqayıtda aptekin qarşısında ÖLÜM hadisəsi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sumqayıtda aptekin qarşısında kişi meyiti aşkarlanıb.

Trend-in məlumatına göğrə, hadisə ötən gün saat 17:00 radələrində, Sumqayıt şəhəri 40-cı məhəllədə qeydə alınıb. Aptekə girmək istəyən təqribən 70-75 yaşlı kişi hər kəsin gözü qarşısında qəfil yerə yıxılaraq orada dünyasını dəyişib.

Sumqayıt şəhəri Təcili Tibbi Yardım stansiyasından Trend-ə verilən məlumata görə, ölən şəxsin üzərində onun kimliyini təsdiq edən sənəd olmadığından şəxsiyyəti müəyyən etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə səbəb ürəktutması olub.

Ölən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilərək morqa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti