Bakı. Trend:
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov Lökbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.