...

Mikroavtobus dərəyə aşdı - 5 nəfər öldü

Hadisə Materials 9 Sentyabr 2019 19:08 (UTC +04:00)
İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqudərz rayonunda mikroavtobus dərəyə aşıb.
Mikroavtobus dərəyə aşdı - 5 nəfər öldü

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqudərz rayonunda mikroavtobus dərəyə aşıb.

Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayətinin Əluqudərz rayonunun qubernatoru Həmid Kəşküli deyib.

H.Kəşkülinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Qubernator əlavə edib ki, yaralılar vertolyot və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır.

Hadisənin səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti