...

Qobustanda ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 3 Noyabr 2019 10:44 (UTC +04:00)
Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb
Qobustanda ölümlə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti