...

Bakıda naməlum şəxlər 32 yaşlı kişini küçədə döyüb bıçaqladılar

Hadisə Materials 21 Noyabr 2019 21:08 (UTC +04:00)
Bakıda 32 yaşlı kişi küçədə döyülüb.
Bakıda naməlum şəxlər 32 yaşlı kişini küçədə döyüb bıçaqladılar

Bakı. Samir Əli - Trend:

Bakıda 32 yaşlı kişi küçədə döyülüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəliyev Murtuz Hüseyn oğlu Nizami rayonu, Qara Qarayev prospekti 39 saylı ünvanın qarşısında gedərkən iki nəfər tanımadığı şəxs onun yolunu kəsərək mübahisə edib.

Mübahisə nəticəsində naməlum şəxslər M.Vəliyevi döyərək bıçaqlayıb və hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti