...

Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlandı

Hadisə Materials 22 Noyabr 2019 10:59 (UTC +04:00)
Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb
Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlandı

Bakı. Samir Əli - Trend:

Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb.

Trend-in məlumatına görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsində həyətlərin birində üzərində xəsarətlər olan qadın meyidi tapılıb.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs ev sahibi, 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovadır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və alddığı xəsarətlərdən ölüb.

Tənha yaşayan qadının ölümündən heç kim xəbər tutmadığı üçün meyit bir neçə gün həyətdə qalıb. Nəticədə heyvanlar tərəfindən meyitə xəsarət yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti