...

Rusiyadan qanunsuz yolla gətirilən metal vintlər, papiros və pirotexniki vasitələr aşkarlandı (FOTO)

Hadisə Materials 26 Noyabr 2019 15:16 (UTC +04:00)
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250 D" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Rusiyadan qanunsuz yolla gətirilən metal vintlər, papiros və pirotexniki vasitələr aşkarlandı (FOTO)

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250 D" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, nəticədə nəqliyyat vasitəsinin sağ və sol ayaq altlıqlarında gömrük nəzarətindən gizlədilən müxtəlif ölçülərdə 600 ədəd metal mil, 20 ədəd metal məftil, 417 ədəd metal vint, 2 ədəd metal vint altlığı, 1100 ədəd "Belomorkanal" papirosu, 840 ədəd "Korsar" markalı pirotexniki vasitə və ona aid 146 ədəd karton qutular aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti