...

Bakıda “Mercedes” qəza törətdi, piyada öldü

Hadisə Materials 14 Dekabr 2019 15:38 (UTC +04:00)
Xətai rayonunun Nobel prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda “Mercedes” qəza törətdi, piyada öldü

Bakı. Trend:

Xətai rayonunun Nobel prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti