Bakı. Trend:
Dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Daewoo” markalı xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölüb.
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini X.Novruzov saxlanılıb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.