...

Pul və qızıl dolu seyfi oğurlayan dəstə üzvlərindən daha biri saxlanılıb

Hadisə Materials 15 Yanvar 2020 18:31 (UTC +04:00)
Quldurluq yolu ilə içərisində 21 min dollar və 6 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf aparılıb.
Pul və qızıl dolu seyfi oğurlayan dəstə üzvlərindən daha biri saxlanılıb

Bakı. Trend:

Evlərin birindən quldurluq yolu ilə seyfi aparmaqda şübhəli bilinən, qrupun digər üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21 min dollar və 6 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən, qrupun digər üzvü S.Nəbiyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti