...

Bakıda qanlı dava: 32 yaşlı qadına 16 bıçaq zərbəsi vuruldu

Hadisə Materials 23 Yanvar 2020 10:29 (UTC +04:00)
Bakıda bıçaqlanma hadisəsi olub.
Bakıda qanlı dava: 32 yaşlı qadına 16 bıçaq zərbəsi vuruldu

Bakı. Samir Əli Trend:

Bakıda bıçaqlanma hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib, spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində B. Adbullayev Z. Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. Daha sonra B. Abdullayev T. Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti