...

Bakı sakininin avtomobilindən tapança və patronlar götürüldü

Hadisə Materials 10 Fevral 2020 15:20 (UTC +04:00)
Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi avtomobildən tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Bakı sakininin avtomobilindən tapança və patronlar götürüldü

Bakı. Trend:

Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi avtomobildən tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi “BMW” markalı avtomobildən “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti