...

Keçmiş məhkumdan “Makarov” tipli tapança və patronları götürüldü

Hadisə Materials 18 Fevral 2020 12:30 (UTC +04:00)
Balakən rayon sakini Ə.Muğumovun kirayədə yaşadığı evdən tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.
Keçmiş məhkumdan “Makarov” tipli tapança və patronları götürüldü

Bakı. Trend:

Balakən rayon sakini Ə.Muğumovun kirayədə yaşadığı evdən tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumovun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti