...

Qaradağda 3 avtomobil toqquşub - Ölən var

Hadisə Materials 26 Fevral 2020 20:20 (UTC +04:00)
Qaradağda ağır yol qəzası olub.
Qaradağda 3 avtomobil toqquşub - Ölən var

Bakı. Trend:

Qaradağda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “BMW”, “Daewoo” və "Fiat” markalı 3 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti