...

Bakıda minik avtomobili yük maşınına çırpıldı, ölən var

Hadisə Materials 10 Aprel 2020 10:06 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bakıda minik avtomobili yük maşınına çırpıldı, ölən var

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Həzrətquliyev Səyyad Qulu oğlu idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Cəfərov Ramin Nizami oğlunun idarə etdiyi “Changan” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində R.Cəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsiniin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti