...

Mağazadan spirtli içkilər oğurlayan Bakı sakini saxlanıldı

Hadisə Materials 22 Aprel 2020 16:56 (UTC +04:00)
Mağazadan spirtli içkilər oğurlayan Bakı sakini saxlanıldı

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti