Bakı. Trend:
Masallı rayonunda ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 8 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.