...

Cəzaçəkmə müəssisəsində əsgərin özünü öldürməsilə bağlı cinayət işi başlandı

Hadisə Materials 8 May 2020 11:32 (UTC +04:00)
Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində əsgərin özünü güllələməsi ilə bağlı cinayət işi başlanıb.
Cəzaçəkmə müəssisəsində əsgərin özünü öldürməsilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində əsgərin özünü güllələməsi ilə bağlı cinayət işi başlanıb.

Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Trend-ə açıqlamasında bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılmış və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Xatırladaq ki, 15 saylı cəza çəkmə müəsissəsində Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti