...

İsmayıllıda şirkət mühafizəçisi sərxoş halda qəza törətdi, dayısı öldü

Hadisə Materials 10 İyun 2020 09:47 (UTC +04:00)
İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
İsmayıllıda şirkət mühafizəçisi sərxoş halda qəza törətdi, dayısı öldü

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Trend-in məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, “Aznar” MMC-də mühafizəçi işləyən, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb.

Nəticədə avtomobildə olan dayısı, 1963-cü il təvəllüdlü Mahir Osmanov hadisə yerində ölüb.
Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş vəziyyətdə yol istismar qaydasını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti