...

Bibiheybətdə neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı məsələni polis nəzarətə götürüb

Hadisə Materials 7 İyul 2020 14:01 (UTC +04:00)
Bibiheybətdə neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı məsələni polis nəzarətə götürüb

Bakı. Trend:

Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda yayılan iddialar nəzarətə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb.

Bildirilib ki, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb, buna baxmayaraq, fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti