...

Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)

Hadisə Materials 19 Sentyabr 2020 15:00 (UTC +04:00)
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda yaşayan Bakı şəhər sakini olan bir nəfərin idarə etdiyi “Toyota Prado” markalı avtomobilin dəyəri 2000 manat olan səsboğucu sistemi (katalizator) naməlum şəxs tərəfindən oğurlanıb. Zərərçəkən şəxs bu barədə ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, şöbə əməkdaşları tərəfindən dərhal hadisə nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, nəqliyyat vasitəsinin səsboğucu sistemi Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Talıb Ağalarov tərəfindən oğurlanıb. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs ifadəsində törətdiyi hadisəni etiraf edib və oğurladığı səsboğucu sistemi Sumqayıt şəhərində 300 manata satdığını bildirib. Araşdırma zamanı Talıb Ağalarovun icarəyə götürdüyü daha bir “Toyota Prado” markalı avtomobilin də eyni üsulla səsboğucu sistemini oğurladığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin paytaxt ərazisində, eləcə də digər şəhər və rayonlarda da başqa nəqliyyat vasitələrinin səsboğucu sistemlərini oğurladığı istisna olunmur. Onun idarə etdiyi nəqliyyat vasitəsindən səboğucu sistemləri kəsib əldə etmək üçün istifadə etdiyi xüsusi alətlərin aşkar edilməsi bu fikiri irəli sürməyə əsas verir. Bu səbəbdən Talıb Ağalarovun ətrafında əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün onun barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Qeyd olunan xüsusatlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti