...

Göyçay rayon Təhsil şöbəsinin müdiri iş otağında dünyasını dəyişdi

Hadisə Materials 19 Noyabr 2020 17:22 (UTC +04:00)
Göyçay rayon Təhsil şöbəsinin müdiri iş otağında dünyasını dəyişdi

Bakı. Samir Əli - Trend:

Göyçay rayon Təhsil şöbəsinin müdiri dünyasını dəyişib.

Trend-in məlumatına görə, şöbə müdiri, 1965-ci il təvəllüdlü İsmayılov Elnur Siracəddin oğlu iş otağında olarkən qəfil halı pisləşib. Şöbə əməkdaşları onu təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, şöbə müdirinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq E.İsmayılov dünyasını dəyişib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, E.İsmayılov ürək tutmasından dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti