...

İsmayıllıda taxta emalı sexi yanıb

Hadisə Materials 22 Noyabr 2020 14:40 (UTC +04:00)
İsmayıllıda taxta emalı sexi yanıb

Bakı. Trend:

İsmayıllı rayonunda sex yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 450 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə, içərisində yığılan 30 ton ot bağlamasının 5 tonu və 22 m³ taxta materialının 2 m³ yanıb. Sexin, ot bağlamalarının və taxta materialının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti