...

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Dekabr 2020 19:15 (UTC +04:00)
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda 17 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

17:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanır.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti