...

Qaradağda nişan mərasimi etmək istəyən 16 nəfər cərimələnib (FOTO/VİDEO)

Hadisə Materials 9 Dekabr 2020 18:47 (UTC +04:00)
Qaradağda nişan mərasimi etmək istəyən 16 nəfər cərimələnib (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alıb.

Mərasimin təşkilatçısı Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti