Bakı. Trend:
Pakistanın baş verən atışma zamanı azı on bir mədən işçisi həlak olub, daha üç nəfər yaralanıb.
Trend xəbər verir ki, naməlum silahlılar Bəlucistan əyalətində kömür mədəninin işçilərini oğurlayaraq güllələyiblər.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.
Hadisə ilə bağlı təhqiqat aparılır. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.