...

Göyçay rayonunda ev yanıb

Hadisə Materials 16 Yanvar 2021 18:39 (UTC +04:00)
Göyçay rayonunda ev yanıb

Bakı. Trend:

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaraxıdır kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti