...

Cəlilabadda narkoman avtomobil idarə edərkən saxlanılıb (FOTO)

Hadisə Materials 9 Mart 2021 15:56 (UTC +04:00)
Cəlilabadda narkoman avtomobil idarə edərkən saxlanılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “Opel” makalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Cəlilabad rayonunun Musalı kənd sakini Nasim Allahverdiyevin maşını sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunub. Polisin qanuni tələblərinə tabe olmayan sürücü və sərnişin, həmin avtomobilin sahibi, Cəlilabad rayonunun Ləkin kənd sakini Nemət İmanov tibbi müayinəyə dəvət ediliblər. Müayinə nəticəsində hər iki şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

N.Allahverdiyev və N.İmanov barəsində Cəlilabad RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti