...

Mingəçevirdə heroin alverçisi avtomobil qaçırarkən yaxalandı

Hadisə Materials 1 May 2021 11:01 (UTC +04:00)
Mingəçevirdə heroin alverçisi avtomobil qaçırarkən yaxalandı

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə heroin alverçisi avtomobil qaçırarkən yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə aprelin 29-da gecə saatlarında şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərib İmişli RPŞ Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobilini vuraraq qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti