...

Rusiyada sakinlərə atəş açan şəxs saxlanılıb

Hadisə Materials 30 May 2021 21:24 (UTC +04:00)
Rusiyada sakinlərə atəş açan şəxs saxlanılıb

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərində keçmiş polis işçisi yaşadığı evin eyvanından sakinlərə atəş açıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bildirilir ki, atəş nəticəsində bir azyaşlı qız və silahlı qurumun işçisi yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xüsusi əməliyyat keçirilib, atəş açan şəxs saxlanılıb. İstintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti