...

Bərdədə evdə yanğın baş verib

Hadisə Materials 23 İyun 2021 08:48 (UTC +04:00)
Bərdədə evdə yanğın baş verib

Bakı. Trend:

Bərdə rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Mirzəxan Qaraqoyunlu kəndində ümumi sahəsi 66 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti