...

Çində təlim mərkəzi yanıb, 18 nəfər ölüb

Hadisə Materials 25 İyun 2021 05:54 (UTC +04:00)
Çində təlim mərkəzi yanıb,  18 nəfər ölüb

Bakı. Trend:

Çinin Henan əyalətində təlim mərkəzində səhər saatlarında güclü yanğın olub.

Trend-in məlumatına görə, bu barədə "CGTN" telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Bildirilir ki, hadisə Şantzyu şəhərindəki döyüş sənətləri məktəbində baş verib. Fəlakət nəticəsində ən az 18 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti