...

Rusiyada təyyarə qəzaya uğrayıb, ekipaj sağ qalıb

Hadisə Materials 25 İyun 2021 06:35 (UTC +04:00)
Rusiyada təyyarə qəzaya uğrayıb, ekipaj sağ qalıb

Bakı. Trend:

Rusiyanın Arxangelsk bölgəsində ötən gün axşam saatlarından əlaqəni dayandıran yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təyyarənin göyərtəsində olan iki ekipaj üzvü qəza baş verən ərazidə tapiliblar. Sağ qalan ekipaj üzvləri pilot və müşahidəçi xəstəxanaya çatdırılacaqlar.

Yüngül mühərrikli təyyarə Arxangelsk vilayətinin Verxnetoemsk rayonunda meşə yanğınları vəziyyətini izləyərkən ötən gün saat 18 radələrində qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti