...

Gəncədə yük avtomobili yaşayış evinə çırpılıb, xəsarət alan var

Hadisə Materials 11 İyul 2021 19:03 (UTC +04:00)
Gəncədə yük avtomobili yaşayış evinə çırpılıb, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı yaşayış evinə çırpılması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlmata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti