...

Dayısı oğlunu oğurlayıb 500 min dollar tələb edən şəsxin işi məhkəməyə göndərildi

Hadisə Materials 17 Avqust 2021 11:11 (UTC +04:00)
Dayısı oğlunu oğurlayıb 500 min dollar tələb edən şəsxin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Vətəndaşı qanunsuz azadlıqdan məhrum edib əmlak tələb etmiş şəxslər barəsində cinayət işinin istintaqı tamamlanıb.

Baş prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qurumun İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilib ki, Hüseynov Rafiq Əli oğlu tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib.
Daha sonra Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri və ayaqları bağlı fotoşəklini Mirəkbər Seyidovun mobil telefon nömrəsinə göndərib, həmin dövrün məzənnəsi ilə 850.000 manata bərabər 500.000 ABŞ dolları məbləğində pul tələb ediblər.

Buna görə də, Hüseynov Rafiq Əli oğlu və Mehdiyev Anar Kamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəminin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.
16.08.2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti