Bakı. Fərid Zöhrabov - Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Kələdəhnə kəndi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri M.Rüstəmov və N.Rüstəmov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, onlardan qanunsuz olaraq ovladıqları 12 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi aşkarlanıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.