...

Göyçayda ağır yol qəzası, ölən var

Hadisə Materials 20 Noyabr 2021 21:50 (UTC +04:00)
Göyçayda ağır yol qəzası, ölən var

Bakı. Trend:

Göyçay rayonunun Xəlitli kəndində "Mercedes" və 2 ədəd "VAZ" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti