...

Bakıda poçtdaşıma şirkəti qarət edilib

Hadisə Materials 27 Dekabr 2021 13:18 (UTC +04:00)
Bakıda poçtdaşıma şirkəti qarət edilib

Bakı. Samir Əli - Trend:

Bakıda şirkət qarət edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən “Limak” MMC-nin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti