...

Goranboyda minik avtomobili traktorla toqquşub, ölən var

Hadisə Materials 30 Dekabr 2021 08:48 (UTC +04:00)
Goranboyda minik avtomobili traktorla toqquşub, ölən var

Bakı. Trend:

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində “VAZ” markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti