...

Sumqayıt və Salyanda ikimərtəbəli ev yanıb

Hadisə Materials 5 Yanvar 2022 20:08 (UTC +04:00)
Sumqayıt və Salyanda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Sumqayıt şəhəri, Yeni yaşayış massivi ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan ikinci mərtəbədə 1 otağın pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Salyan rayonunun Gəncəli kəndində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan taxta konstruksiyadan ibarət ikimərtəbəli ev və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti