...

İsmayıllı sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb

Hadisə Materials 7 Yanvar 2022 22:39 (UTC +04:00)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Xanagah kənd sakini Fərhad Bünyatovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti