...

Bakıda qadın qarət edildi

Hadisə Materials 11 Yanvar 2022 11:08 (UTC +04:00)
Bakıda qadın qarət edildi

Bakı. Samir Əli - Trend:

Bakıda qadın küçədə qarət olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə yanvarın 9-da Ramana qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Tağızadəyə zor tətbiq edib bank kartını və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Əliyev və paytaxt sakini K.Abdullayev müəyyən edilərək saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti