...

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)

Hadisə 17 Yanvar 2022 08:50 (UTC +04:00)
İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini Elçin Mirzəcanlının idarə etdiyi “VAZ-21015” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən E.Mirzəcanlı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti